Deputatın `qardaşı qızı`na 8 il HƏBS
15:09 05 Oktyabr 2016
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq ) maddəsi ilə təqsirləndirilir.
O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.
N.Əhmədova deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu bildirib. V. Əhmədov isə bir müddət əvvəl mətbuata açıqlamasında onun qardaşı qızı olmadığını bildirmişdi.
Xatırladaq ki, N.Əhmədova keçmiş məhkum olub. O, 2009-cu ildə məhkumluq həyatı yaşayıb.
Femida.az
Oxunub: 1275
Oxşar xəbərlər
- Deputatın oğlu maşınla adam vurub? - Digər oğlu danışdı (Yenilənib)
- Deputatın səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
- Deputatın xanımı intihara cəhd etdi
- Deputatın məmur qohumu öldü
- Deputatın evindən gəlin köçdü... - Foto + Video
- Deputatın oğlu prokuror müavini təyin olundu
- Deputatın oğlu təqsirkar sayıldı
- Deputatın 81 yaşlı əmisi işdən çıxarıldı
- Deputatın həkim əmisindən ittihamlara cavab - VİDEO
- Deputatın rəis, generalın prokuror oğlu - XRONİKA